Xəbərlər
İqtisadiyyat naziri Xırdalanda vətəndaşları qəbul edəcək

İyulun 21-də İqtisadiyyat naziri Şahin Mustafayev Xırdalanda Abşeron, Qubadlı rayonları və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edəcək. Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün İqtisadiyyat Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-79), (050) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), 195-2 Çağrı Mərkəzi, Nazirliyin Abşeron regional bölməsi (ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqələndirici şəxs Ramal Əhmədov, əlaqə telefonu: (018) 654-42-23, (055) 235-01-81, elektron poçt ünvanı: ramal.ahmadov@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet və "facebook" səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər. 

"SAHİBKARLIQ SAHƏSİNƏ AİD QANUNVERİCİLİK AKTLARININ LAYİHƏLƏRİ" XİDMƏT BÖLMƏSİ