Xəbərlər
İxracatçıların nəzərinə!

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Qətər Əmirliyinə ixrac missiyasını təşkil etdiyini elan edir. İxracatçılar ixrac missiyasında iştirak etmək üçün İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

İxrac missiyasının tarixləri:
Qətər Əmirliyi - 11-14 fevral 2017-ci il

İxrac missiyalarının əhatə etdiyi sektorlar:

• Süd və süd məhsulları
• Ət və ət məhsulları
• Meyvə- tərəvəz
• Təbii mineral sular
• Meyvə şirələri
• Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları
• Çay istehsalı
• Kosmetologiya məhsulları
• Kimya məhsulları
• Digər sənaye məhsulları
İxrac missiyalarında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəklər.
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO). Ünvan: Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000. Elektron poçt ünvanı: destek@azpromo.az. Əlaqə telefonu: +99412 5980147/48.
Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 26 yanvar 2017-ci il tarixində AZPROMO-da təşkil olunacaq. İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarını buradan yükləyə bilərsiz .

Seçim meyarları:
- ixracatçının məhsulları üzrə istehsal potensialı – 10 (on) bal,
- məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 (on) bal,
- sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə – 5 (beş) bal).

Meyarların cəmi üzrə keçid balı minimum 20 (iyirmi) bal.
İxrac missiyalarında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
• ərizə (ərizə formasını yükləyin );
• sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar.
Sənədlər aşağıdakı ünvan üzrə 16 yanvar 2017-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Əlavə məlumat əldə etmək üçün elektron poçt ünvanı ( destek@azpromo.az) və AZPROMO-da əlaqələndirici şəxs Fuad Cəfərova (tel: +99412 5980147/48 (daxili 141)) müraciət edə bilərsiniz. 

"SAHİBKARLIQ SAHƏSİNƏ AİD QANUNVERİCİLİK AKTLARININ LAYİHƏLƏRİ" XİDMƏT BÖLMƏSİ