Xəbərlər
“Kiçik sahibkarlığa dəstək” sərgi-satış yarmarkası keçiriləcək

27 fevral 2018-ci il tarixində saat 12:00-dan 20.00-dək Bakı Biznes Mərkəzində (Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 44) İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə kiçik sahibkarların məhsul və xidmətlərinin sərgi-satış yarmarkası keçiriləcək.
Yarmarkada kiçik sahibkarların əl işləri (suvenirlər, oyuncaqlar, ağacdan oymalar), bal məhsulları, müxtəlif növ qablaşdırma məhsulları və s. nümayiş olunacaq və satışı həyata keçiriləcəkdir.
Arzu edənlər iştirak edə bilərlər.
 

"SAHİBKARLIQ SAHƏSİNƏ AİD QANUNVERİCİLİK AKTLARININ LAYİHƏLƏRİ" XİDMƏT BÖLMƏSİ